Azərbaycan Ordusunda hərbiləşdirilmiş kros birinciliyi keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il döyüş hazırlığı planına uyğun olaraq hərbi qulluqçular arasında hərbiləşdirilmiş kros birinciliyi keçirilib.
Müxtəlif qoşun növlərini təmsil edən 9 komanda birincilik uğrunda mübarizə aparıb.
Hərbi qulluqçular atış, qumbaraatma və 3 kilometr məsafəsinə kros qaçışı üzrə yarışlarda güclərini sınayıblar.
Komanda hesabında 1-ci yerdə “Quru Qoşunları” komandası, 2-ci yerdə “Hərbi polis” komandası, 3-cü yerdə isə “Təlim və Tədris Mərkəzi” komandası qərarlaşıb.
Fərdi hesabda 1-ci yerə gizir Tural Məmmədov, 2-ci yerə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Emil Mürşüdov, 3-cü yerə isə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Rasif Məhərrəmov layiq görülüb.
Yarışın yekununda qaliblər diplom, kubok və medallarla mükafatlandırılıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.