AZƏRBAYCAN ORDUSU-RƏSMİYYƏ SABİR


AZƏRBAYCAN ORDUSU
Şanlı bir tarix yazır,
Azərbaycan Ordusu!
Düşmənə məzar qazır,
Azərbaycan Ordusu!
Gedir inamla, gedir,
Zülmətləri əridir,
Bizə zəfər bəxş edir,
Azərbaycan Ordusu!
Hər əsgər bir qəhrəman,
Vətənə qurban hər can,
Qoymaz yerdə qalsın qan,
Azərbaycan Ordusu!
Qoruyur torpağını,
Qovur mənfur yağını,
Yüksəldir bayrağını
Azərbaycan Ordusu!