Azərbaycan nümayəndə heyəti Dünya Konqresində iştirak edir

Estoniya Respublikasının paytaxtı Tallin şəhərində Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyası WAPES tərəfindən Dünya Konqresi keçirilir.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən Vetennamine.az-a bildiriblər.

“Davamlı dəyişən əmək bazarında məşğulluq xidmətlərinin problemləri və innovativ yanaşmalar” mövzusunda keçirilən konqresdə ölkəmizi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin nümayəndə heyəti təmsil edir.

Hər 3 ildən bir fərqli üzv ölkə keçirilən konqresdə WAPES-in növbəti 3 il üçün idarə heyəti üzvləri, regionlar üzrə vitse-prezidentlər və prezident müəyyənləşdiriləcək.

Konqres çərçivəsində Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədri Mustafa Abbasbəyli Estoniyanın İşsizlikdən Sığorta Fondunun direktoru Milis Paavel iki qurum arasında 2022-ci il üçün Fəaliyyət Planıimzalayıblar. Fəaliyyət Planı peşəyönümü və özünüməşğulluq mövzuları üzrə informasiya mübadiləsini, əməkdaşlığı və ortaq vörkşopların təşkilini əhatə edir.

Konqresin ilk günündə M.Abbasbəyli ilə Türkiye İş Kurumunun direktoru Oğuz Kağan Güldoğan arasında keçirilən görüşdə iki qardaş ölkənin məşğulluq sahəsində gələcək birgə fəaliyyətinə dair fikir mübadiləsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.