Azərbaycan neftinin qiyməti 106 dolları keçib

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 24-də 106,22 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 5,42 dollar/barel çoxdur.

Bu barədə Vetennamine.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 105,05 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 5,11 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 91,22 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,16 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 106,52 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 6,03 dollar/barel çoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.