“Azərbaycan Könüllülük Həftəsi 2022” çərçivəsində Azərbaycan Könüllülərinin iştirakı ilə #TəbiətimİZ aksiyası davam edir.
Bunu Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən vetennamine.az saytına məlumat veriblər.
Aksiya Gənclər və İdman Nazirliyi və Gənclər Fondu ilə yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “İDEA” İctimai Birliyinin tərəfdaşlığı, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilir.
Ağac əkməklə ətraf mühitin qorunmasına, ekoloji tarazlığın bərpasına kömək etmək və təbiətə töhfə vermək məqsədilə Tovuz və Yevlax rayonunda ağacəkmə aksiyası həyata keçirilib.