VETENNAMİNE.AZ president.az-a istinadən xeber verir ki, mayın 30-da Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin və İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun
iştirakı ilə “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyi
arasında səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı” imzalanıb.
Sənədi Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev və İsrail Dövlətinin daxili işlər və
səhiyyə naziri Moşe Arbel imzaladılar.