Azərbaycan gənclərinin vətənpərvərliyi

2020-ci ilin əvvəllərində Covid-19 pandemiyası bütün dünyada yayılmağa başladı. Bu pandemiya öz təsirini Azərbaycanda da göstərməyə başlamışdı. Məhz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və 1-ci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən görülən təxirəsalınmaz tədbirlər pandemiyanın kütləvi yayılmasının qarşısını ala bildi. Pandemiya bütün sahələrdə öz təsirini göstərirdi. Belə ki, iş yerləri məhdudlaşdırılırdı, insanların kütləvi bir yerə toplaşması təhlükə yaratdığına görə icazə verilmirdi, təhsil müəssisələri, orta məktəblər onlayn rejimə keçməyə məcbur qalmışdı.

Sözsüz ki, bu pandemiya öz təsirini Azərbaycan gənclərinə də göstərirdi. Gənclər arasında vətənpərvərlik tədbirlərinin keçirilməsi demək olar ki, həyata keçirilmirdi. Belə olan halda, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması KİV ilə həyata keçirilirdi.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında keçirilən əks-hücum əməliyyatı nəticəsində əldə edilən qələbə gənclərdə də vətənpərvərlik hisslərinin yüksəlməsinə səbəb oldu. Azərbaycan gəncləri bizə qələbə sevinci yaşadan hərbiçilərimizin daim yanlarında oldular, onları mütəmadi ziyarət etməyə çalışdılar, şəhid olmuş insanlarn dəfn mərasimində yaxından iştirak etdilər, onlarla həmrəy olduqlarını bildirdilər.

Bizə qələbə sevincini yaşadan hərbiçilərimiz döyüş sahəsində göstərdikləri şücaətlə yanaşı gənclərimizin də vətənpərlik hisslərinin yüksəldilməsi üçün əməli addımlar atmaqa başladılar. Məhz döyüşlərdə igidlik göstərənlərin iştirakı ilə məktəblərdə, ali təhsil müəssisələrində görüşlər təşkil edildi, döyüşdə qəhrəmanlıq göstərən igidlərimiz haqqında gənclərimizə məlumatlar verildi, şəhidlərimizin unudulmaması üçün onlaın adlarının əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atıldı. Hər birimizə məlumdur ki, Azərbaycan Respublikasında qanunvericiliyə uyğun olaraq hərbi xidmətə çağırış il ərzində dörd dəfə həyata keçirilir. Gənclərimiz hərbi hissələrə çağrılıb, hərbi, hissələrə yola salınarkən onların qarşısında müharibə veteranlarımızın, qazilərimizin, şəhid valideynlərinin çıxış etməsi gənclərimizə vətənpərvərlik ruhunun yüksəldilməsi ilə yanaşı, vətənin keşiyində durmağa da böyük məsuliyyət hissi oyadır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son zamanlar ölkənin inkişafı istiqamətində gənclərə göstərdiyi etimad bunun bariz nümunəsidir.

 

Hazırladı

Aris Məmmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.