Azərbaycan Dövlətçiliyinin tarixi
Azərbaycanın əlverişli hərbi –strateji mövqedə yerləşməsi və o cümlədən zəngin yeraltı və yerüstü sərvətlərə malik olması dövlətçiliyin yaranması və tarixdən silinməsinə ayrı-ayrı dövlətlər tərəfindən daima təqiblərə ,soyqırımlara məruz qalmasına əsas səbəblərdən biri olmuşdur. Belə ki, Azərbaycan ərazisi Avropanı Asiya ilə, Rusiyanı Yaxın və Orta Şərqlə birləşdirir.Bu təqiblər sürgünlər nəticəsində Azərbaycan 2 yerə Şimali Azərbaycan və Cənubi Azərbaycana bölündü.İran ərazisində Cənubi Azərbaycanla yanaşı digər bölgələrdə də, azərbaycanlılar məskunlaşmışlar.Bundan əlavə işğal nəticəsində azərbaycanlıların bir hissəsi İraqda,Şərqi Anadoluda,Borçalı Mahalında,Dağıstanda və digər tarixi Azərbaycan torpaqlarında yaşamağı davam etdirirlər.Rusiya İmperiyasının 19-cu əsrin əvvəllərində apardığı işğalçılıq müharibələrinin nəticəsi olaraq,azərbaycanlılıar Qərbi Azərbaycan torpaqlarından sürgün edilmişlər . Bunun nəticəsi olaraq bu ərazidə 1828-ci ildə “Erməni Vilayəti” , 1918-ci ildə isə Erməni dövləti yaradılmışdır.Sovet dövründə də kommunist partiyasının apardığı iyrənc siyasət nəticəsində Azərbaycanın tarixitorpaqları Ermənistana verilmişdir. Dövlətçiliyin qorunub saxlanılması,ədalətin bərpa olunması istiqamətində fəaliyyət göstərən azərbaycanlılar Sovet dönəmində sürgünə məruz qalaraq Qazaxıstanda, Özbəkistanda, Türkmənistanda və digər postsovet dövlətlərində məskunlaşmağa məcbur qalmışlar. Cənubi Azərbaycanda və İranın digər vilayətlərində yaşayan azərbaycanlılara qarşı aparılan təqiblər nəticəsində azərbaycanlılar Amerikada və Avropa dövlətlərində yaşamaq üçün getmişlər.Azərbaycan 5000 illik dövlətçilik tarixinə malikdir. Belə ki, bizim eranın 1-ci minilliyinin əvvəllərində Azərbaycan ərazisində Manna ,İskid və Massaget şahlıqları , Albaniya və Atropatena kimi dövlətlər mövcud olmuşdur. Azərbaycanın dövlətçilik quruculuğunda türk etnosları mühüm rol oynamışlar.Bu etnosların içərisində Oğuz türkləri üstünlük təşkil ediblər.Azərbaycanda yaşayan türk tayfaları Azərbaycanın bütün ərazisinə yayılması ilə əlaqədar türk dili digər xalqların da bir-birləri ilə danışması üçün ünsiyyət dili olmuşdur.Azərbaycan öz müstəqilliyini ikinci dəfə qazandıqdan sonra yenə də torpaqları işğala məruz qaldı və nəticədə 20 % ərazi işğal edildi.Məhz 2020-ci ilin sentyabr ayında Ali Baş Komandan İlham Əliyev Cənablarının rəhbərliyi ilə Azərbaycan son 200-300 il ərzində ilk dəfə olaraq işğal altında olan əraziləri düşməndən azad etdi. Azərbaycan dövlətçiliyi inkişaf etdikcə Silahlı Qüvvələri gücləndikcə və dövlətin apardığı uğurlu siyasət nəticəsində tarixi torpaqların həqiqi yiyəsinə qayıdacağına ümid edirik.
Aris Məmmədov