VETENNAMİNE.AZ xəbər verir ki, tədbirdə YAP-ın Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, Bakı
Şəhər Gənclər İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Sabunçu rayon Gənclər
və İdman İdarəsinin rəisi Rakif Əliyev, Əlilliyi olan gənclərin peşə-reabilitasiya
mərkəzinin sakinləri, qazilər, məktəblilər, ictimiyyət nümayəndələri iştirak
edirdilər.
Dövlət Himni ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və
ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi
bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən YAP Sabunçu rayon təşkilatının sədri Araz
Xudadanov “Heydər Əliyev ili” çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətindən,
Ulu Öndərin xalqımız və dövlətimiz qarşısında xidmətlərindən danışıb. Araz
Xudadanov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev ideyalarının uğurlu
davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin məqsədyönlü və milli maraqlara
cavab verən siyasəti nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilmiş və
ciddi uğurlara imza atmışdır.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov Heydər
Əliyevin müstəqil Azərbaycan dövlətinin siyasi, iqtisadi, hüquqi, sosial-mədəni
əsaslarını yaradan, canından əziz bildiyi müqəddəs ata yurdunu müstəqilliyə
qovuşduran dahi şəxsiyyət olduğunu bildirib, onun misilsiz xidmətləri üzərində
dayanıb.
Tədbir daha sonra bədii hissə ilə davam etdirilib.