Avqustun 8-ə olan hava proqnozu

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən

Bakıda və Abşeron yarımadasında

Dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.  

Günün birinci yarısında yarımadanın bəzi yerlərində  yağış yağacağı ehtimalı var.

Şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-33°  isti olacaq.

Bakıda gecə 23-25° isti, gündüz  30-32° isti olacaq.

Atmosfer təzyiqi  756 mm civə sütunudan 760 mm civə sütununa yüksələcək.  

Nisbi rütubət  60-65 % olacaq.

Abşeron çimərliklərində gözlənilən  hava şəraiti

Şimal-qərb küləyinin arabir güclənməsi ilə əlaqədar əhalinin ehtiyatlı olması tövsiyə olunur.

Dəniz suyunun temperaturu:  

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq.

Azərbaycanın rayonlarında

Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 30-35° isti, dağlarda gecə 9-14° isti, gündüz  18-23° isti olacaq.  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.