Avqustun 5-ə olan hava proqnozu

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən

Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Mülayim şimal-qərb  küləyi əsəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 32-37°  isti olacaq.

Bakıda gecə 24-26° isti, gündüz  35-37° isti olacaq.  

Atmosfer təzyiqi  758 mm civə sütunundan 755 mm civə sütununa enəcək.  

Nisbi rütubət  60-65 % olacaq.

Abşeron çimərliklərində gözlənilən  hava şəraiti

Mülayim şimal-qərb  küləyi əsəcək.

Dəniz suyunun temperaturu:  

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz  33-38° isti, dağlarda gecə 9-14° isti, gündüz  20-25° isti olacaq.  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.