Avqustun 1-ə olan hava proqnozu

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36°  isti olacaq.

Bakıda gecə 23-25° isti, gündüz  34-36° isti olacaq.  

Atmosfer təzyiqi  755 mm civə sütunu təşkil edəcək.  

Nisbi rütubət  60-65  % olacaq.

Abşeron çimərliklərində gözlənilən  hava şəraiti

Şimal-şərq küləyi əsəcək.

Dəniz suyunun temperaturu:  

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq.

Azərbaycanın rayonlarında

Əksər rayonlarda əsasən yağmursuz. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə 21-26° isti, gündüz  34-39° isti, dağlarda gecə 8-13° isti, gündüz  21-26° isti olacaq.  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.