Milli Məclisin deputatları Kamal Cəfərov və Erkin Qədirli Avropa Şurası Parlament Assambleyasının Hüquqi məsələlər və insan hüquqları komitəsinin iclasında iştirak etmək üçün dekabrın 11-də Paris şəhərinə səfər edəcəklər.
Bunu Azərbaycan Respublikasının Milli Məclisinin mətbuat xidmətindən vetennamine.az saytına məlumat veriblər
Komitənin iclasında insan hüquqları və qanunun üstünlüyünə təhdidlər, Birləşmiş Krallıqda insan hüquqları sahəsində qanunvericilik islahatları, onun Avropada insan hüquqlarının müdafiəsinə təsirləri və digər məsələlər müzakirə ediləcək, müvafiq qərarlar qəbul olunacaq.
Tədbirdə Milli Məclisin deputatı Kamal Cəfərov “Birləşmiş Krallığın insan hüquqları qanunvericiliyində islahatları: daxildə və Avropada insan hüquqlarının qorunması kontekstində nəticələri” mövzusunda məruzə ilə çıxış edəcək.
Deputatların səfəri dekabrın 13-də başa çatacaq.