“Artilleriya atəşinin ustaları” müsabiqəsinin püşkatma mərasimi keçirilib

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətindən vetennamine.az saytına bildiriblər :

“Beynəlxalq Ordu Oyunları – 2022” yarışları çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçiriləcək “Artilleriya atəşinin ustaları” müsabiqəsinin püşkatma mərasimi keçirilib.
Püşkatmanın nəticəsinə əsasən komandaların müsabiqənin mərhələ və epizodlarının icrası üzrə sıralanması müəyyənləşdirilib.
Həmçinin artilleriyaçılarımız atıcı silah və təchizatları da qəbul ediblər.
Qeyd edək ki, beynəlxalq müsabiqədə 9 ölkənin komandası mübarizə aparacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.