HomeBütün Xəbərlər“Aprel şəhidlərimizi tanıyaq və tanıdaq” adlı layihəsinin icrası davam edir

“Aprel şəhidlərimizi tanıyaq və tanıdaq” adlı layihəsinin icrası davam edir

“Aprel şəhidlərimizi tanıyaq və tanıdaq” adlı layihəsinin icrası davam edir

Azərbaycan Respublikasının Gənclər Fondunun  dəstəyi ilə “Gəncliyin Təşəbbüsü” maarifləndirmə ictimai birliyi “Aprel şəhidlərimizi tanıyaq və tanıdaq” adlı  layihəsinin icrası cərcivəsində 21.11.2019-cu il tarixdə Qazax gənclər mərkəzində gənclərin və aprel döyüşlərində şəhid olmuş qəhramanların ailə üzvləri ilə ğörüş keçirilmişdir.

Tədbirin əsas məqsədi layihə çərçivəsində görülən işlər haqda gənclərə məlumat vermək və gələcək layihələr haqda fikir mubadiləsi aparmaq idi.

“Gəncliyin Təşəbbüsü” Maarifləndirmə ictimai birliyinin sədri, əməkdar məşqci Azər Əliyev giriş sözü ilə çıxış edərək aprel döyüşlərində şəhid olmuş kapitan Orucov Mühüd Qurban oğlu, baş leytenant Namazov Elvin Məmməd oğlu və əsgər Əliyev Orxan Məhəmməd oğlunun göstərdikləri qəhrəmanlıqlara bir daha nəzər saldı, keçdikləri döyüş yollarından söhbət açdı.

Layihə cərcivəsində kecirilən 9 tədbir haqda danışaraq bildirmişdir ki, tədbirlər və turnirlər zamanı fərqlənən 97 gəncə medal və diplom verilmişdir. Layihədə kütləvilik tam təmin olunmuşdur, belə ki, layihədən birbaşa 2000 və dolayısı ilə 100 000-dən artıq adam bəhrələnmişdir.

Gənclər Fondunun əməkdaşı Zaur Osmanov çixış edərək layihənin önəmini vurguladı və Gənglər Fondunun fəaliyyəti haqda danışdı.

Qazax rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Sərdar Orucov tədbirin önəmi haqda danışdı və gənclərə uğurlar arzuladı.

Azərbaycan QMƏVŞAİB-in Qazax rayon filiyalının sədr müavini, I qrup Qarabağ müharibəsi əlili, kəşfiyyatcı baş leytenant Namiq Alıyev,  Azərbaycan Respublikas Silahlı Qüvvələrinin  veteranı, Qarabağ müharibəsi iştirakcısı,  ehtiyatda olan polkovnik-leytinant Ərəstun Hacıyev və II qrup Qarabağ müharibəsi əlili Qurban Qurbanov şəhidlərimizin şərəfli yolu haqda danışdılar və vətənpərvər cıxışlar edərək gənclərə uğurlar arzuladılar.

Qazax Gənclərin İnkişaf və Karyera mərkəzinin direktoru İsmayıl Süleymanov layihə cərcivəsində əməkaşlıq haqda danışdı və mərkəzin gördüyü işlər barədə gənclərə ətraflı məlumat verdi.

Şəhid Mühid Orucovun atası Qurban Orucov, şəhid Elvin Namazovun qardaşı Elbəy Namazov və şəhid  Orxan Əliyevin atası Məhəmməd Əliyev çıxış edərək layıhə təşkilatçılarına öz minnətdarlıqlarını bildirdilər, gələcəkdə yeni layihələrin keçirilməsini arzuladılar.

Tədbirin sonunda gənclərlə mövzu ətrafında diskussiyalar aparıldı və sonda xatirə şəkli çəkildi.