Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının əməkdaşı Atəş Məmmədli, Rayon İcra Hakimiyyəti Başcısı aparatının şöbə müdiri Bəhruz Mirzəzadə, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranlar və Şəhid Ailələri İB Biləsuvar rayon filialının sədri Bəhruz Əliyev, şəhid valideynləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanı qəhrəman şəhidlərimizin şərəfli döyüş yolundan söz açılaraq xatirələri yad edilmiş, ruhlarına dualar oxunmuş və yaxınlarına baş sağlığı verilmişdir.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun kiçik çavuşu olmuş şəhid Dəmirli Hüseyn Zeynal oğlu 4 avqust 1993-cü ildə Biləsuvar şəhərində anadan olmuşdur. 2000-2011-ci illərdə Biləsuvar şəhər 4 saylı tam orta məktəbində təhsil almış və 2011-2013-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 2014-cü ildən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi ordu sıralarında xidmətini davam etdirmişdir. 2 aprel 2016-cı ildə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən döyüşlər zamanı qəhrəmancasına şəhid olmuşdur. 5 aprel 2016-cı ildə Biləsuvar şəhər qəbristanlığında dəfn olunub. Göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən şəhid Dəmirli Hüseyn Zeynal oğlu ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif olunub.
Azərbaycan Ordusunun əsgəri olmuş şəhid Novruzov Fərahim Nadir oğlu 1 sentyabr 1996-cı ildə Biləsuvar rayonunun Səmədabad kəndində anadan olmuşdur. 2003-2014-cü illərdə Səmədabad kənd tam orta məktəbində təhsil almış və 10 oktyabr 2014-cü ildə Biləsuvar rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağrılmışdır. 2 aprel 2016-cı ildə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən döyüşlər zamanı qəhrəmancasına şəhid olmuşdur. 4 aprel 2016-cı ildə Səmədabad kənd qəbristanlığında dəfn olunub. Göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən şəhid Novruzov Fərahim Nadir oğlu ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!