“Aprel döyüşləri- böyük qələbəyə aparan yol” adlı tədbir keçirilib

6 aprel 2022-ci il tarixində Astara rayon 5 nömrəli tam orta məktəbində “Aprel döyüşləri- böyük qələbəyə aparan yol” başlıqı altında tədbir keçirilmişdir.

Tədbir, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini 1 dəqiqəlik sükutla yad etməklə başladı. Azərbaycan Respublikasının Dövlət Himni ifa edildi.

Tədbirdə, Astara rayon 5 saylı orta məktəbin direktoru Arzu Əhmədova, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Astara rayon filialın sədri  Aprel döyüşləri qazisi Orxan Əliyev, 44 günlük Vətən müharibəsi iştirakçısı Elmar Musayev, məktəbin hərbi rəhbəri Cavid Babayev, məktəb təşkilatçısı Zamirə Mikayılova və məktəbin 9-10-cu sinif şagirdləri iştirak etmişlər.

Tədbir zamanı, Aprel döyüşlərinin baş verməsi və mahiyyəti, Aprel döyüşləri şəhidi, igid döyüşçü Pəncəli Nurməmməd oğlu Teymurovun göstərdiyi igidliklər haqqında tədbir iştirakçılarına ətraflı məlumatlar verilmişdir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.