“Anatolian Phoenix-2022” təliminə hazırlıq brifinqi təqdim olunub


Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anatolian Phoenix-2022” taktiki-uçuş təliminə hazırlıq və mərhələlər üzrə icra olunacaq tapşırıqlar barədə brifinq təlimdə iştirak edəcək müxtəlif ölkələrin nümayəndələrinə təqdim olunub.
Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətindən vətənnaminə.az-a bildiriblər.
Qeyd edək ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotlarının və aviasiya vasitələrinin iştirakı ilə keçirilən beynəlxalq təlim may ayının 27-dək davam edəcək.