Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına
verilən məlumata əsasən, təlimin növbəti günündə plana uyğun olaraq
bazalanma aerodromundan qrup şəklində uçuşlar edən aviasiya vasitələri
gündüz vaxtı müxtəlif döyüş tapşırıqları yerinə yetiriblər.
Birgə əməliyyat çərçivəsində aviasiya qrupları tərəfindən şərti düşmənin
hava hücumundan müdafiə səddinin aşılması üzrə tapşırıqlar icra edilib.
Təlim zamanı pilotlar, həmçinin hava kəşfiyyatı da apararaq şərti düşmənin
digər yerüstü hədəflərinin koordinatlarını təyin ediblər.
Uçuş heyətləri tərəfindən qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə həyata keçirilib.
Təlimdən sonra mühəndis-texniki heyət tərəfindən döyüş təyyarələrinə xidmət və qısa müddətdə aviasiya texnikalarının növbəti uçuşa hazırlanması üzrə tapşırıqlar da məşq etdirilib.
https://youtu.be/1Bxmr5SDyKA
Aris Məmmədov
Vətən Naminə Mətbuat Xidməti