Amerika qitəsinin mifologiyaları buradakı çoxsaylı mədəniyyətlər qədər müxtəlifdir. Şimali və Cənubi Amerika mifologiyaları müxtəlif və bir-birindən fərqlidir. Xüsusən şifahi ənənədə mifin müxtəlif variantları dastançıdan danışana zaman-zaman dəyişə bilir. Miflər həmçinin yeni şəraitə reaksiya verə və yeni məlumatları özündə birləşdirə bilər.
Aztek, Mayya, Çipça və İnkalar, həmçinin Şimali və Cənubi Amerika hinduları dağınıq qəbilələrdə yaşayırdılar. Onların vahid böyük sivilizasiyası və inkişaf etmiş mifologiyaları yox idi. Onlar ümumiyyətlə bitkilərdə və heyvanlarda bir növ sehrli və ya qeyri-adi gücün yaşadığına inanırdılar. Bəzi qəbilələr müəyyən bir heyvan növü ilə xüsusi qohumluq əlaqələrinə malik olduqlarına inanırdılar, buna görə də heç vaxt bu heyvanın ətini ovlamaz və yeməzdilər.
Amerika qəbilələri 1500-cü illərdə torpaqları ispanlar tərəfindən işğal edilib fəth edilərkən Orta və Cənubi Amerikada, 1500-1800-cü illərdə isə fransız və ingilislər tərəfindən işğal edilib fəth edilərkən Şimali Amerikada yaşamış və bu gün də varlıqlarını davam etdirən icmalardır.
İspanlar 16-cı əsrdə Mərkəzi və Cənubi Amerikaya gələndə qabaqcıl yerli sivilizasiyalarla qarşılaşdılar: Meksikada Azteklər və Mayyalar, Kolumbiyada Çipçalar və Peruda İnkalar. Aztek və Maya mifologiyalarında bir hekayəyə görə yerlilər əvvəlcə ispanları çox mehriban qarşıladılar. Mayyaların Kukulcan, asteklərin isə Quetzalcoatl adlı tanrının insanlara təqvimi, əkinçilik biliklərini və astronomiyanı öyrətdiyinə inanılırdı. Ağ dərili və saqqallı bu tanrı şərqə səyahət etdikdən sonra yoxa çıxmışdı. Ancaq gedəndə bir gün insan şəklində qayıdacağını söyləmişdi. Azteklər ağ dərili və saqqallı ispan kəşfiyyatçısı Hernan Kortesi görəndə Quetzalcoatl-ın qayıtdığını düşünərək onu hörmətlə qarşıladılar.
Meksika və Mərkəzi Amerika mifologiyalarında Aztek və Mayya sivilizasiyaları üstünlük təşkil edir. Onların miflərinin insanların tanrılara olan qan borcunu əks etdirdiyi düşünülür. Maya mifləri və mürəkkəb Maya təqvimi bu gün də Maya dağlıq bölgələrində varlıqlarını davam etdirir.
Nigar Həziyeva
Vətən Naminə Mətbuat Xidməti