“Amazon” bu il yükləri dronla çatdırmağa başlayacaq

Amazon bu il ilk dəfə olaraq müştərilərinə yükləri dronla çatdıracağını açıqlayıb. Şirkətdən verilən məlumata görə, tətbiq əvvəlcə ABŞ-ın Kaliforniya ştatının Lokford qəsəbəsində həyata keçiriləcək, daha sonra geniş əraziyə yayılacaq. Amazon öz açıqlamasında yeni tətbiqin tarixini açıqlamayıb. “Bu il Lockeford-da yaşayan istifadəçilərimiz ilk dəfə olaraq yükləri hava yolu ilə qəbul edə biləcəklər. Prime Air ilə bağlı rəylər (dron çatdırılma xidmətinin adı) başqa yerlərdəki müştərilərimizin ehtiyaclarını ödəmək üçün mühüm əhəmiyyət kəsb edəcək.”

Həlimə Əliyeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.