Uzun müddətdir planlaşdırılmış bərpa olunan enerjiyə keçid istiqamətində fəaliyyətini davam etdirən son 3 nüvə stansiyasındakı reaktorların fəaliyyətini dayandırması ilə nüvə enerjisi dövrü sona çatdı.
VETENNAMİNE.AZ xarici mediaya istinadən xəbər verir ki, Almaniyada Rusiya-Ukrayna müharibəsi səbəbiylə artan enerji qiymətləri səbəbindən 31 dekabr 2022-ci ildən aprelin 15-nə təxirə salınan AES-lərin bağlanması dünən gecə yarısından əvvəl həyata keçirilib. Baden-Vürtemberqdəki Neckarwestheim 2, Bavariyadakı Isar 2 və Emsland atom elektrik stansiyalarında reaktorların söndürülməsi ilə Almaniyada 60 illik nüvə enerjisi dövrü rəsmən başa çatdı. Ekoloqlar paytaxt Berlin başda olmaqla bir çox şəhərdə bağlanmaları qeyd ediblər.
Asiman Xəlili
Vətən Naminə Mətbuat Xidməti