Böyük isveçli ixtiraçı və sənayeçi Alfred Nobel bir çox ziddiyyətli insan idi. O, müflis bir adamın oğlu idi; amma milyonçu oldu. O, ədəbiyyatsevər bir alim, sonra ideal qoyan sənayeçi idi. O, sərvət qazandı; amma çox sadə yaşayırdı. O, camaat arasında şən olsa da, tək qalanda üzü qəmli, kədərli idi. O, insanlıq aşiqi idi; amma heç vaxt onu sevəcək arvadı və ya ailəsi olmayıb. O, vətəni sevən bir insan idi; ancaq yad ellərdə tək öldü. O, dinc dövrdə dağ-mədən sənayesində və yol tikintisində istifadə üçün yeni bir partlayıcı, dinamit kəşf etdi; lakin dinamitdən vətəndaşlarını yaralamaq və öldürmək üçün döyüşdə silah kimi istifadə edildiyini gördü. Çox faydalı həyatı boyu tez-tez özünü lazımsız bir insan kimi hiss edirdi.Alfred Nobelin əsl hərbi əhəmiyyət kəsb edən yeganə ixtirası tüstüsüz barıt (Balistit) idi və onun bütün irsdəki payı 10%-dir.
Onu tərifləyənlərə belə tərifləri sevmədiyini deyərdi; lakin ölümündən sonra onun adı çoxlu şöhrət və şərəf gətirdi.
Alfred Nobel 21 oktyabr 1833-cü ildə Stokholmda anadan olub. 1842-ci ildə ailəsi Rusiyaya köçdü. Onun atası İmmanuel Rusiyada maşınqayırma sənayesində çox mühüm vəzifəyə malik idi.
İmmanuel Nobel Krım müharibəsinin sonunda çox mühüm faydalı qazıntı yatağı tapdı, müharibə zamanı hökumətin sifarişlərini yerinə yetirərək milyonçu oldu; lakin bir müddət sonra iflas etdi. 1859-cu ildə bütün ailə İsveçə qayıtdı. Alfred Nobel 1863-cü ildə ailəsinə qayıtdı və atasının laboratoriyasında partlayıcı maddələr üzərində işləməyə başladı. Öz-özünə dərs deyən Alfred Nobel iyirmi yaşı olanda əla kimyaçı və dilçi idi. İsveç, rus, alman dillərində danışırdı.
Alfred Nobel də atası kimi uzaqgörən və yaradıcı idi. Amma biznesdə daha uğurlu olub, maliyyə-iqtisadi sahədə böyük uğurlar qazanıb.
Həlimə Əliyeva
Vətən Naminə Mətbuat Xidməti