Azərbaycanın Aktau şəhərindəki Baş Konsulluğunun inzibati binası önündə Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar “Azərbaycan Mərkəzi” İctimai Fondunun “Xocalıya ədalət” beynəlxalq təbliğat və təşviqat kampaniyası çərçivəsində aksiyası keçirilib.
Bunu Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən vetennamine.az saytına məlumat veriblər
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Azərbaycan Mərkəzi” İctimai Fondunun təşkilatçılığı ilə baş tutan aksiyada 50 azərbaycanlı gənc və tələbə iştirak edib.
Aksiya iştirakçıları 31 il öncə erməni quldurlarının Xocalının dinc və günahsız sakinlərinə qarşı törətdikləri soyqırımı hiddətlə pisləyiblər. “Xocalıya ədalət!” tələbini səsləndirən aksiyaçılar dünya birliyini susmamağa, erməni cəlladlarının ədalət məhkəməsinə cəlb olunması istiqamətində əməli addımlar atmağa səsləyiblər.
Aksiya Xocalı qurbanlarının xatirəsinə ithaf olunmuş anım guşəsi önünə güllərin düzülməsi, şamların yandırılması və soyqırımı qurbanlarının xatirəsinin ehtiramla yad edilməsi ilə yekunlaşıb.
https://youtu.be/niG8lCeC5qk