Vetennamine.az ın bölgə müxbiri xəbər verir ki, 24.10.2023 cü il tarixində Ağdaş rayon Dəhnəxəlil kənd R.Məmmədov adına tam orta məktəbində Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsində qalib olan “Ağaclar kağız, kağızlar tullantı olmasın!” adlı layihəsinin açılış mərasimi keçirilmişdir.
Layihənin məqsədi şagirdlərə təkrar emal anlayışını aşılamaq, ətraf mühitə olan münasibəti müsbət istiqamətdə formalaşdırmaqdır. Layihənin icra müddətində kontinerlərə toplanan kağız tullantılar təkrar emal müəsisələrinə təhvil verilcək, ümummilli liderimiz Heydər Əliyevin “Hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir” şüarı altında məktəbdə ağacəkmə aksiyası keçiriləcək, müxtəlif tədbirlər və vörkşoplar təşkil olunacaqdır.
Tədbirdə rayon Təhsil sektorunun əməkdaşları, bir neçə məktəb direktoru, məktəbin müəllimləri və layihənin mühasibi iştirak etmişdir. Layihə rəhbəri olan məktəbin informatika müəllimi Əmirli Ülkər çıxış edərək, layihənin məqsəd və vəzifələri, icra planı və gözlənilən nəticələr barədə ətraflı məlumat vermişdir.
Məktəbin direktoru Rəhimov Pərvin, əməkdaşlıq qurulacaq Müşviq İsayev adına tam orta məktəbin direktoru Məmmədov Məhəmməd, Təhsil sektorunun əməkdaşı Yunus Ağalarov, iştirak edən digər məktəb direktorları və müəllimlər çıxış edərək layihə haqqında təəssüratlarını bölüşmüşdür.
Atayeva Günay
Vətən Naminə Mətbuat Xidməti