Yanvar 23, 2022

Ağdamda 15 minlik stadion tikiləcək

Ağdam şəhərində tikiləcək yeni stadionun tamaşaçı tutumu 30 min yox, 15 min yerlik olacaq. 

Vetennamine.az xəbər verir ki, bunu Prezidentin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilən (Şuşa istisna olmaqla) ərazilər üzrə xüsusi nümayəndəsi Emin Hüseynov “Report”un İdman departamentinin rəhbəri Elşən Məmmədovun “Facebook”da yazdığı statusa münasibət bildirərək açıqlayıb.

Hüseynov yazdığı şərhdə Ağdamda tikiləcək stadionun tutumu ilə bağlı 30 min rəqəmini söyləmədiyini qeyd edib:

“Məlumat üçün deyim ki, mən, Emin Hüseynov 30 min nəfərlik stadion tutumu ilə bağlı rəqəmi açıqlamamışam. “AZƏRTAC”ın müxbiri yanlış anlayıb. Onun nəzərinə çatdırdıqdan sonra yanlışlığı özü düzəldib. 15 min nəfərlik tutumu olan stadion nəzərdə tutulur. Bu, bütün beynəlxalq standartlara cavab verən həcmdir. Şəhərsalma standartlarına da tam uyğundur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir