Ağdam rayonuna media-tur təşkil olunub

Müdafiə Nazirliyi tərəfindən Ağdam rayonuna kütləvi informasiya vasitələrinin nümayəndələri üçün media-tur təşkil olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə , media nümayəndələri bu ərazilərdə dislokasiya olunan hərbi hissələrdə xidmət edən, həmçinin Vətən müharibəsində iştirak etmiş hərbi qulluqçulardan müsahibələr götürüb və çəkilişlər aparıblar.
Hərbi qulluqçular torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan döyüş əməliyyatlarından xatirələrini media nümayəndələri ilə bölüşüblər.
Media-tur çərçivəsində kütləvi informasiya vasitələrinin nümayəndələri, həmçinin şəxsi heyətin xidməti və döyüş fəaliyyətinin təşkili, eləcə də məişət şəraitinin təmin edilməsi məqsədilə Ağdam rayonu ərazisində müasir avadanlıqla təchiz olunmuş müxtəlif təyinatlı qurğulardan ibarət modul tipli hərbi hissələrdə yaradılan yataqxana, tibb məntəqəsi, yeməkxana, mətbəx, silah otağı və hamam-sanitar qovşağı ilə yaxından tanış olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.