HomeBütün XəbərlərAğcabədi rayonunda vətənpərvərliyin təbliği işində növbəti və yadda qalan tədbir keçirilmişdir

Ağcabədi rayonunda vətənpərvərliyin təbliği işində növbəti və yadda qalan tədbir keçirilmişdir

Ağcabədi rayonunda vətənpərvərliyin təbliği işində növbəti və yadda qalan tədbir keçirilmişdir

Ağcabədi rayon İcra Hakimiyyətinin təşkilatşılığı ilə Ağcabədi Pedaqoji Kollecində gənclərlə növbəti görüş keçirilmişdir.

Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini N.Mustafayeva, Milli Məclisin üzvü T.Rzayev, Pedoqoji Kollecin direktoru M.İbrahimov, Azərbaycan QMƏVŞAİB-in Ağcabədi rayon filialının sədri İ.Məhərrəmov, YAP Ağcabədi rayon təşkilatının baş məsləhətçisi, Qarabağ qazisi R.Nağıyev iştrak edirdilər.

Öncə ulu öndər Heydər Əliyevin əbədi xatirəsi yad edildi. Tədbiri açıq elan edən Naibə Mustafayeva Ağcabədi RİH və kollecin rəhbərliyi adından qonaqları salamlayaraq, vətənpərəvərliyin təbliği işində respublikada, ö cümlədən Ağcabədi rayonunda aparılan davamlı silsilə görüşlərdən söz açdı. Bu işdə ziyalılraımızın, birinci Qarabağ muharibəsi iştrakçılarının əvəzsiz rolunu vurğuladı.

Milli Məclisin üzvü Tahir Rzayev Azərbaycanın uğurlarını qeyd etməklə gənclərimizin dövlətçiliyimizin qorunmasında mühüm və önəmli rolundan danışdı. Azərbaycanın gələcəyi olan gənclərin respublikada aparılan uğurlu islahatlarda daha yaxından  iştrak etmələrini tövsiyə etdi.

Azərbaycan QMƏVŞAİB-in Ağcabədi filialının sədri İsmayıl Məhərrəmov birinci Qarabağ muharibəsi, onun fəsadları və muasir ordu quruculuğundan söz açdı. Ali Baş Komandan, Prezident İlham Əıiyev cənablarının şəhid ailələrinə, muharibə veteranlarına, Qarabağ əlillərinə göstərdiyi diqqət və qayğıdan söz açdı, respublikada aparılan islahatların bilavasitə dövlətiimizin və ordumuzun güclənməsini təmin etdiyini diqqətə çatdırdı. Təhsil ocaqlarında vətənpərvərliyin təbliği ilə yanaşı, düşmənlə üz-üzə dayanan əsgərlərimizə mənəvi dəstəyin də vacibliyini qeyd edən natiq, Azərbaycan QMƏVŞAİB-in  Ağcabədi rayon filialının üzvlərinin mütəmadi olaraq təmas xəttində əsgərlərimizlə keçirilən görüşlərindən ətraflı məlumat verdi.

O, Qarabağ qazilərinin, veteranların hamılıqla Ali Baş Komandanın işğal altındakı torpaqlarımızın düşməndən azad edilməsi uğrunda verəcəyi bütün əmrlərə hər an hazır olduqlarını bildirdi.