İşğaldan azad olunan Zəngilan rayonunun Ağalı kənd sakinlərinin sosial dəstək tədbirləri ilə əhatə
olunması və məşğulluq xidmətlərinə cəlb edilmələri istiqamətində işlər davam etdirilir.
Bunu Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbual xidmətindən vətənnaminə.az-a bildiriblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən
daha 6 kənd sakini istehsal, xidmət sahəsi üzrə özünüməşğulluq proqramına cəlb edilərək lazımi
avadanlıqlarla təmin edilib.
Onlardan Sahil Mahmudov və Natiq Mahmudova qəssab, Anar Məmmədova kişi bərbərxanası,
Elnur Zeynalova kiçik dəmirçi sexi, Elman Zeynalova avtoçilingər, Tünzalə Orucovaya isə qadın
gözəllik salonu zərfi üzrə mal və materiallar verilib.
Bununla da kənddə artıq 10-dək sakin üçün özünüməşğulluq proqramı çərçivəsində təsərrüfatlar
yaradılıb.
Aktiv paylanması prosesi və yaradılan kiçik təsərrüfatlarla əyani tanışlıq üçün Ağalı kəndinə
mediatur təşkil edilib. Jurnalistlərə Ağalı kənd sakinlərinin məşğulluğunun dəstəklənməsi
məqsədilə görülən işlər barədə məlumat verilib.
Qeyd edilib ki, kənd sakinlərindən artıq 46 nəfəri Dövlət Məşğulluq Agentliyi tərəfindən işlə təmin
edilib, bir qrup şəxsin də məşğulluğunun təminatı üçün işlər aparılır. Kənd sakinlərindən 12 nəfər
isə peşə hazırlığına cəlb edilib.
Ağalı kənd sakinləri özünüməşğulluq proqramı ilə də əhatə olunur. Dövlət Məşğulluq Agentliyi
tərəfindən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Aqrar Xidmətlər Agentliyi və Zəngilan Rayon
İcra Hakimiyyəti ilə birgə sakinlərin proqrama cəlbi həyata keçirilir.
İlkin mərhələdə onlar üçün biznes təlimləri təşkil edilir, iştirakçılara sahibkarlıq fəaliyyəti və müvafiq
dəstək mexanizmləri barədə məlumatlar verilir. Daha sonra isə proqram iştirakçılarının kiçik
təsərrüfatlarını qurmalarına dəstək göstərilir.