VETENNAMİNE.AZ xəbər verir ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, ziyanvericilərin zərər vurduğu ağaclarda artıq yeni yarpaqlar əmələ gəlib və hazırda ağaclar inkişafını davam etdirir.
“Çox sevindiricidir ki, Milli Parkın ərazisindəki ağaclarda artıq müsbət dəyişikliklər hiss edilir, quruma və digər mənfi təsirlər isə artıq müşahidə olunmur”.
Xatırladaq ki, bir neçə ay əvvəl sözügedən ərazidə əsasən palıd və vələs ağaclarına düşən zərərvericilərə qarşı mütəxəssislər tərəfindən dərmanlama işləri aparılmış və 150 hektar ərazi dərmanlanmışdı.






Vətən Naminə Mətbuat Xidməti