Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, ekokönüllülər, ADA Universitetinin müəllim və tələbə heyətinin iştirakı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib, Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və sərv ağacları əkilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına bildirilib ki, ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğı ənənələrini formalaşdırmaqdır.
Vətən Naminə Mətbuat Xidməti