Ağ şokolad adətən kakao yağı, şəkər, süd tozu və ya süddən ibarət şokolad növüdür.
Kakao yağı ilə hazırlanan bu şokolad törəməsi üzərində bəzi araşdırmalar aparılmışdır. Bəzi mütəxəssislərin fikrincə, bu şokolad tərkibində yağ olduğu üçün kökəlməyə səbəb olur, bəzi mütəxəssislərə görə isə süd tərkibinə görə faydalıdır.
Tərkibində kakao olmayan, lakin tərkibində kakao yağı olduğu üçün şokolad ləzzəti verən ağ şokolad, kakao tozu olan şokoladlara nisbətən daha az vitamin və mineral ehtiva edir. Ağ şokolad digər şokoladlardan daha çox süd və yağ ehtiva edir. Tünd şokolad antioksidantı yüksəkdir, ona görə də sağlamlıq üçün çoxlu faydaları var. Ancaq ağ şokoladda bu nisbət demək olar ki, sıfırdır. Hazırlanması çox çətin olan bu şokoladın tərkibindəki məhsulların miqdarı çox olduqda arzu edilən dad əldə edilə bilməz. Dekorasiya məqsədi ilə seçilən ağ şokoladın bir neçə faydası xaricində ciddi zərərləri də vardır.
Ağ şokoladın zərərləri:
Tərkibində yüksək yağ olan bu şokolad bir neçə ədəddən artıq istehlak edildikdə orqanizmə ciddi ziyan vurur. Xüsusilə pis xolesterinin nisbətini artıran ağ şokolad ateroskleroz və ürək xəstəlikləri kimi ciddi sağlamlıq problemlərinə səbəb olur.
Bundan əlavə, tərkibindəki yağlar enerjiyə çevrilsə belə, uzun sürmür, bədənin müəyyən hissələrində piy kütlələrinin əmələ gəlməsinə səbəb olur. Bu, sürətli kilo almağa yol açır.
Mütəxəssislər vurğulayırlar ki, hətta 100 qram ağ şokolad istehlak edildikdə 600 kalori qəbul etməyə səbəb olur. Belə hallarla yanaşı, ağ şokolad şəkər xəstələri üçün çox təhlükəli bir desertdir, hətta qaraciyərin yağlanmasına və dəridə sızanaqların əmələ gəlməsinə səbəb ola biləcək problemlərə yol açır.
Belıliklə, ağ şokolad kakao yağından hazırlandığından əsl şokolad qəbul edilmir. Əsl şokolad olması üçün kakao tozu əlavə edilməlidir.
Nigar Həziyeva
Vətən Naminə Mətbuat Xidməti