Adət-ənənələrin vacibliyi
Adət-ənənə bir cəmiyyətdə müəyyən keçmişə sahib olan, simvolik və ya xüsusi bir əhəmiyyətdə nəsildən nəsilə ötürülərək sanksiya gücü olan mədəni qalıq, vərdiş, məlumat, davranış və inanc toplusudur. Ümumiyyətlə, adət anlayışına tarixin müxtəlif mərhələrində “adamlar arasında sabitləşmiş, nəsildən-nəslə keçən və ictimai rəy gücünə qorunub saxlanan davranış qaydaları, vərdişlər nəticəsində həyata keçirilən hərəkətlər daxildir” . Onlar tarixi inkişaf nəticəsində dəfələrlə təkrarlanaraq ənənəyə çevrilirlər. Ənənə isə latın sözü olub traditio – yəni tarixən yaranan və nəsildən-nəslə ötürülən mənasında anlaşılır. Milli adət və ənənələrin öyrənilməsi və onların mənəvi dəyərlər sistemindəki rolunun tədqiqi həmişə aktual olmuşdur. Çünki milli adət və ənənələr tarixin bütün mərhələlərində ictimai, mədəni tərəqqinin əsas göstəricisi kimi nəzərə çarpmışdır. Cəmiyyət inkişaf etdikcə adət və ənənələr də ayrı-ayrı quru-luşların ictimai-siyasi xüsusiyyətlərinə bu və ya digər formada inteqrasiya etmişdir. Buna görə də hər bir ictimai siyasi quruluş həm bütövlükdə adət və ənənələrə, həm də onun mənəvi bədii dəyərlərinə öz möhürünü vurmuşdur. Cəmiyyət dəyişdikcə adət vəənənələr də təkmilləşmiş, millətin, xalqın yaradıcılıq nümunələrini yaşatmış, nəsildən-nəslə ötürülmüşdür.Yeni yaranan hər bir mənəvi dəyər isə tarixi ənənələrimizin varisi kimi təşəkkül tapmışdır. Bu səbəbdən də bütün dövrlərin adət və ənənələrində başverən yeniliklərin, istiqamətlərin öyrənilməsinə, əldə olunan tarixi təcrübənin müasir sənətşünaslıq və kulturologiya elmlərinə şamil edilməsinə böyü kehtiyac vardır.
Adət və ənənələrdəki varislik xüsusiyyəti hər bir millətin və xalqın keçmiş mədəni irsinin əbədi qoruyucusuna çevrilmiş, onların həyatdan və yaddaşlardan silinməsinin qismən də olsa, qarşısını alabilmişdir. Danılmaz həqiqətdir ki, xalqımızın əsrlərdən bəri qoruyub mühafizə etdiyi bir sıra adət və ənənələr, müxtəlif bayram və mərasimlər olmasaydı, qədim el nəğmələrimiz və başqa mədəni sərvətlərimiz də indiyəkimi qorunub saxlanılmazdı. Milli adət və ənənələrdə mövcud olan varislik xüsusiyyəti bütün yad quruluşların təzyiqlərinə də davam gətirə bilmişdir.Xüsusilə, sovet imperiyası dövründə milli və dini adət-ənənələr, mərasim və bayramlar kəskin qadağalara məruz qalmışlar. Lakin ənənəvilik, milli dəyərlərdəki varislik xüsusiyyətləri öz mənəvi dəyərini itirməmiş, bunun da nəticəsində Azərbaycan xalqını milli mədəni kökündən ayrı salmaq mümkün olmamışdır.
Adət və ənənələrin əsrlər boyu yaşama səbəblərini qismən də olsa, aydınlaşdırmaq cəhdində bulunan Telman Haqverdiyev yazmışdır: “Adət və ənənələr insanların kədər anının təsəllisi, sevinicinin isə carçısı olmuş, xalqın mənəvi təbliğat tribunasına çevrilmişdir. Bu tribuna əksər hallarda hamını özünə tabe edir, hətta mərasim anlarının bəzi məqamlarının mahiyyətini başa düşməyənlər də ətrafdakıların hərəkətlərini kor-koranədə olsa, təkrar edirlər. Məsələn, dəfn mərasimlərində Qurandan parçalar oxunduqca molla “fatihə” deyərəkəlini üzünə çəkib salavat çevirir. Salavatın mahiyyətini başa düşməyən bir çoxları da istər-istəməz onun hərəkətlərini təkrar edirlər”
Azərbaycan müstəqillik əldə etdikdən sonra milli vədini mədəniyyətimizin öyrənilməsi istiqamətində çoxuğurlu elmi işlər görülmüşdür. Eyni zamanda milli-mədəni mentalitetimiz haqqında da fikirlər elmi ədəbiyyata çıxarılmışdır. Adət və ənənələr milli mentaliteti formalaşdıran əsas amillərdən biri kimi qiymətləndirilir. Nəticədə müəyyən olur ki, adət və ənənələr çox geniş funksional mahiyyət kəsb edir, insanın fəaliyyətini, onun həyat tərzinin mühüm komponenti, tərkib hissəsi kimi bir sıra sosial-mədəni amilləri özündə birləşdirir.
Həlimə Əliyeva