Adət-ənənə

Adət-ənənə bir cəmiyyət ya qrup içərisində müəyyən keçmişə sahib olan, simvolik ya xüsusi bir əhəmiyyətdə nəsildən nəsilə ötürülərək sanksiya gücü olan mədəni qalıq, vərdiş, məlumat, davranış inanc toplusudur. Adət-ənənəyə aid cümlə.”Milçəklərin ölkəsində adət-ənənəsi yoxdur“.Tarixçi alimlərimizin tədqiqatları sübut edir ki, ölkəmizin 5 min illik dövlətçilik tarixi var.

Bunu sübut edən tarixi faktlar kifayət qədərdir. Tarixinin inkişafı zaman-zaman mədəniyyətimizin, adət-ənənələrimizin, elm təhsilimizin, ədəbiyyatımızın tərəqqisinə səbəb olub. Azərbaycanxalqı dövlətçilik ənənələrinə bağlı bir xalq olaraq, bu təməllər üzərində öz milli-mənəvi dəyərlərini formalaşdırıb.

Adət-ənənələrimiz onların formalaşdırdığı milli dəyərlər sistemi ilə güclü dövlətçilik quruculuğu arasında sıx vəhdət var. Belə ki, hər bir dövlətin gücü, ilk növbədə, adət ənənələrin cəmiyyəti əxlaqi, milli  vətənəpərvərlik baxımından  düzgün  istiqamətə yönəltməsindən, onları saf təməllər üzərində tərbiyə etməsindən asılıdır. Bu baxımdan bütün dövrlərdə adət  ənənələr hər bir dövlətin qüdrətli uzunömürlü olmasında on minlərlə əsgərin görə bilmədiyi əvəzsiz bir görürBir sözlə, adət ənənələr insan münasibətlərinin tənzimləyici istiqamətvericisi funksiyasını yerinə yetirərək, öz lideri ətrafında möhkəm birləşən güclü qüdrətli dövlətin meydana çıxmasında önəmli rol oynayır. Məsələnin bu tərəfinə diqqəti cəlb edən Heydər Əliyev: “Azərbaycan xalqının milli mənəvi dəyərlərinin ən əsası bizim müqəddəs kitabımız Qurani-Şərifdə öz əksini tapıbdırAncaq bununla yanaşı Azərbaycanın mütəfəkkir insanları, mütərəqqi insanları Azərbaycanın böyük şəxsiyyətləri, Azərbaycanın hörmətli siyasi dövlət xadimləri, böyük elm, mədəniyyət xadimləri Azərbaycan xalqının milli-mənəvi dəyərlərini yaradıblar. Bu, bizim adət və ənənələrimizdir”,-deyib.

Həlimə Əliyeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.