Adət-ənənə bir cəmiyyət və ya qrup içərisində müəyyən keçmişə sahib olan, simvolik və ya xüsusi bir əhəmiyyətdə nəsildən nəsilə ötürülərək sanksiya gücü olan mədəni qalıq, vərdiş, məlumat, davranış və inanc toplusudur. Adət-ənənəyə aid cümlə.Milçəklərin ölkəsində adət-ənənəsi yoxdur".Tarixçi alimlərimizin tədqiqatları sübut edir ki, ölkəmizin 5 min illik dövlətçilik tarixi var. Bunu sübut edən tarixi faktlar kifayət qədərdir. Tarixinin inkişafı zaman-zaman mədəniyyətimizin, adət-ənənələrimizin, elm və təhsilimizin, ədəbiyyatımızın tərəqqisinə səbəb olub. Azərbaycan xalqı dövlətçilik ənənələrinə bağlı bir xalq olaraq, bu təməllər üzərində öz milli-mənəvi dəyərlərini formalaşdırıb. Adət-ənənələrimiz və onların formalaşdırdığı milli dəyərlər sistemi ilə güclü dövlətçilik quruculuğu arasında sıx vəhdət var. Belə ki, hər bir dövlətin gücü, ilk növbədə, adət və ənənələrin cəmiyyəti əxlaqi, milli vətənəpərvərlik baxımından düzgün istiqamətə yönəltməsindən, onları saf təməllər üzərində tərbiyə etməsindən asılıdır. Bu baxımdan bütün dövrlərdə adət və ənənələr hər bir dövlətin qüdrətli və uzunömürlü olmasında on minlərlə əsgərin görə bilmədiyi əvəzsiz bir iş görür. Bir sözlə, adət və ənənələr insan münasibətlərinin tənzimləyici və istiqamətvericisi funksiyasını yerinə yetirərək, öz lideri ətrafında möhkəm birləşən güclü və qüdrətli dövlətin meydana çıxmasında önəmli rol oynayır. Məsələnin bu tərəfinə diqqəti cəlb edən Heydər Əliyev: “Azərbaycan xalqının milli mənəvi dəyərlərinin ən əsası bizim müqəddəs kitabımız Qurani- Şərifdə öz əksini tapıbdır. Ancaq bununla yanaşı Azərbaycanın mütəfəkkir insanları, mütərəqqi insanları Azərbaycanın böyük şəxsiyyətləri, Azərbaycanın hörmətli siyasi və dövlət xadimləri, böyük elm, mədəniyyət xadimləri Azərbaycan xalqının milli-mənəvi dəyərlərini yaradıblar. Bu, bizim adət və ənənələrimizdir”,- deyib.
Həlimə Əliyeva