Abunəçilərini itirməkdə davam edən şirkət 150 nəfəri işdən çıxarıb

Təxminən bir ay əvvəl ilin ilk rübündə 200 min abunəçi itirərək hədəflərinin geridə qaldığını açıqlayan Netflix, ABŞ-dakı qərargahında 150 nəfəri işdən çıxarmışdı.
Şirkət açıqlamasında, “Belə bir müraciət işçilərin fərdi performansından çox şirkətin iş planına görə edilib. Ona görə də dəyərli həmkarlarımızla vidalaşmaq məcburiyyətindəyik” deyib.
İşdən çıxarılmaların ABŞ-dakı işçi qüvvəsinin iki faizini təşkil edən Netflix-in Kaliforniya ofislərinə ən çox təsir edəcəyi gözlənilir.
Bazar dəyəri 54 milyard dollar azalıb
Ötən həftələrdə ilin ilk rübündə 200 min abunəçi itirərək hədəflərinin geridə qaldığını açıqlayan Netflix-in səhmləri yüzdə 35 dəyər itirib, bazar dəyəri isə 54 milyard dollar azalıb.
Bu prosesdə Netflix-in bazar dəyəri 154 milyard dollardan 100 milyard dollara düşüb.

 

Həlimə Əliyeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.