Türkiyənin 2021-ci ilin sonunda ABŞ-dan almaq üçün müraciət etdiyi 40 yeni Blok 70 F-16 döyüş təyyarəsi və mövcud donanma üçün 79 modernləşdirmə dəsti prosesində ilk addım aprelin 17-də atılıb.
Bayden administrasiyası Türkiyənin Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqlədikdən sonra ABŞ Konqresinə 259 milyon dollar dəyərində “modernləşdirmə dəsti”nin satışı ilə bağlı bildirişini çatdırıb.
Vaşinqton bu addımı ilə Ankaranın Finlandiyanı ayırması və İsveçin üzvlük proseslərinə döyüş təyyarəsi və modernizasiya dəstini ayırmaqla cavab verdi.
Uzun müddətdən sonra ilk dəfə Türkiyəyə Xarici Hərbi Satışını təsdiqləyən Bayden rəhbərliyi Türkiyənin eyni paketdə tələb etdiyi 40 Blok 70 versiyalı F-16-ların satışını dayandırmağa qərar verib.
Türkiyənin İsveç üçün təsdiq prosesini tamamlaması ilə paralel olaraq Ankaraya F-16 satışının ikinci mərhələsində addım atılacağı mesajı verilib.
Asiman Xəlili
Vətən Naminə Mətbuat Xidməti