Əsas səhifə » Mərkəzimiz

Mərkəzimiz

Sosial Sahibkarlığın İnkişafı və Təlim Mərkəzi

2001-ci ildən fəaliyyətdə olan “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyi ölkəmizdə sosial sahibkarlığı təşviq və inkişaf etdirmək məqsədilə Sosial Sahibkarlığın İnkişafı və Təlim Mərkəzi təsis etmişdir. Mərkəz həm Birliyin üzvlərinə, həm də bütün maraqlı şəxslərə müxtəlif xidmətlər, həmçinin maarifləndirici proqramlar və layihələr çərçivəsində əməkdaşlıq təklif edir.

Əsas məqsədimiz (missiyamız): Dünyanın aparıcı sosial sahibkarlıq şirkətlərinin və təhsil müəssisələrinin beynəlxalq təcrübəsindən istifadə edərək ölkəmizdə sosial sahibkarlığı təşviq etməklə onun inkişafına dəstək olmaqdır.

Gələcəyə baxışımız (viziyonumuz): Ölkəmizdə sosial sahibkarlığı təşviq edən və onun inkişafına dəstək olan mərkəz kimi xidmətlərimizi həm yerli, həm də beynəlxalq səviyyədə təklif etməkdir.

Mərkəzin sloqanı (şüarı): Vətən Naminə !

Dəyərlərimiz:

Keyfiyyət – Təqdim etdiyimiz xidmətlərinin keyfiyyətli şəkildə icra olunmasını daim diqqət mərkəzində saxlayırıq. Mərkəzimiz üçün ən vacib məsələ xidmətlərimzin keyfiyyətini daim artırmaq və müştəri məmnuniyyətinin qorunub saxlanılmasıdır.

Dürüstlük – Əldə olunan məlumatları düzgün dəyərləndirmək və müştəriyə obyektiv və dürüst məlumat vermək bizim üçün ən vacib məsələdir.

Məxfilik – Mərkəzin iş prosesində əldə olunan məlumat və onun emal olunması tamamilə məxfi saxlanılır. Mərkəzimiz xidməti müqavilə çərçivəsində gördüyü işlər zamanı və işləri təhvil verəndən sonra müştərinin məlumatlarını tam məxfi saxlanmasına zəmanət verir.

İş etikası – Mərkəzin gördüyü işlər dövlətin və beynəlxalq qanunvericilik prinsiplərinə uyğun və əməkdaşların vicdanla öz işlərini keyfiyyətlə yerinə yetirməsi qəbul edilmiş vacib dəyərlərdən biridir.

Korporativ Sosial Məsuliyyət (KSM) – Mərkəzin əsas dəyərlərindən biri olub, ölkəmizin davamlı inkişafına dəstək vermək üçün əzmlə çalışan bir quruma çevrilməkdir. Mərkəzin KSM fəlsəfəsi həm özünün, həm də dövlətin sosial, iqtisadi və ekoloji sahədə icra olunan proqramların və layihələrin keyfiyyətli və səmərəli nəticələrin əldə olunmasında fəal iştirak etməkdən ibarətdir.

İnnovasiyaların tətbiqi – İdarəetmədə, sosial, iqtisadi və ekoloji sahədə tədqiqatların aparılmasında və peşəkar iş prosesində ən son yeniliklərin tətbiqi və innovativ həllərin istifadə edilməsi Mərkəzin daim diqqətindədir və əsas dəyərlərindən biridir;

Koordinasiya və əməkdaşlıq – Mərkəz öz missiyasına və viziyonuna nail olmaq üçün işlərini koordinasiyalı və yeni əməkdaşlıqların qurulması əsasında təşkil edib, daim inkişaf etdirir. Bu, Mərkəzin həm mövcud, həm də yeni tərəfdaşlarının iştirakı ilə Azərbaycanda sosial sahibkarlığın təşviqi və inkişaf etdirilməsi üçün vacib dəyərlərdən biridir;

Şəffaflıq və hesabatlılıq – Mərkəz öz işlərini şəffaf həyata keçirir və mütamadi olaraq ictimaiyyəti “vetennamine.az”, “Vətən Naminə TV” və müxtəlif sosial media hesabları vasitəsilə məlumatlandırır.