Əsas səhifə » Birliyimiz

Birliyimiz

“Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyi ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında 14 fevral 2001-ci ildə yaradılan, öz fəaliyyətinin əsas məqsədi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvlərinin arasında bölməyən Qeyri-Hökumət Təşkilatıdır (QHT). Birliyin fəaliyyəti Azərbaycan Respublikasının ərazisini əhatə edir. Birlik öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanunu, digər normativ hüquqi aktlar və Nizamnaməsi əsasında həyata keçirir.

Birliyin əsas məqsədi Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinin qanuni mənafelərini və hüquqlarını müdafiə etmək, onların müasir həyat şəraitinə uyğunlaşmasına, sosial-iqtisadi və mənəvi problemlərinin daha səmərəli həll olunmasına köməklik göstərmək, onların əməkdaşlığını və qarşılıqlı əlaqələrini möhkəmləndirməkdən ibarətdir.