Əsas səhifə » Qarabağ tarix yazdı

Qarabağ tarix yazdı

Azərbaycanın avrokuboklardakı yeganə təmsilçisi “Qarabağ” bu gün növbəti oyununa çıxacaq.

Vetennamine.az xəbər verir ki, Ağdam təmsilçisi Konfrans Liqasının qrup mərhələsinin IV turunda Qazaxıstanda “Kayrat”ın qonağı olacaq.

Almatıda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 19:30-da start götürəcək.

Qeyd edək ki, Qurban Qurbanovun komandası keçirdiyi üç oyundan sonra qrupda ikinci pillədə qərarlaşıb. “Qarabağ”la eyni xalı toplayan “Bazel” isə top fərqinə görə birincidir.

Xatırladaq ki, qrupun digər matçında “Bazel” səfərdə “Omoniya”nın qonağı olacaq.

Konfrans Liqası
H qrupu, IV tur
4 noyabr

19:30. “Kayrat” – “Qarabağ”
Baş hakim: Dumitri Muntean (Moldova)
Almatı. Mərkəzi Arena

***

Komandalar meydana aşağıdakı tərkibdə çıxacaqlar:

“Kayrat”: 1. Stas Pokatilov, 4. Nuralı Alip, 6. Yatsek Quralski, 9. Vaqner Lav, 11. Yan Voroqovski, 13. Kamo Ohanesyan, 15. Frenki Banyak, 16. Rikardu Alveş, 18. Joze Kante, 20. Rade Duqaliç, 22. Neboyşa Kosoviç

Ehtiyat oyunçular: 30. Danil Ustimenko, 3. Sergey Keyler, 7. Qulziqit Alkyulov, 8. Aibol Abiken, 19. Artur Şuşinaçev, 23. Andrey Ulşin, 24. Dino Mikanoviç, 25. Joao Paulo, 28. Yerkebulan Seyidahmet, 29. Daniyar Ussenov,33. Dennis Polyakov, 46. Arsen Burançıyev

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6, Patrik Andrade, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 81. Kevin Medina

Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 77. Ramil Şeydayev.

***

Oyun başladı.

***

Matçın birinci hissəsi qolsuz başa çatdı.

***

İkinci hissə başladı.

***

“Qarabağ” 58-ci dəqiqədə hesabı açır. İbrahima Vadji fərqlənir.

***

Kante 68-ci dəqiqədə hesabı bərabərləşdirir.

***

72-ci dəqiqədə Abdulla Zubir “Qarabağ”ı önə keçirdi.

***

Matç bitdi. “Qarabağ” qalib gəldi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir