Bildiyiniz kimi ölkəmizdə kibertəhlükəsizlik sahəsində xüsusi islahat və fəaliyyətlər aparılmaqdadır. Cənab Prezident İlham Əliyevin informasiyanın mühavizəsi və informasiyalaşma istiqamətində veridyi sərəncamlarla bu əyani sübutdur. Bu fəaliyyətlərin gənclər istiqamətində daima xüsusi layihələrlə ölkəmizdə önə çıxan Kiber Təhlükəsizlik Platforması artıq 3 ilə yaxındır ki, fəaliyyətlərinə davam edir. Platforma bu sahədə “Hərkəsə Əlçatan Kiber Gələcək” adı altında başladığı inkişaf proqramı daxilində növbəti filyalını Sumqayıtda gənclərin ixtiyarına verdi. Mərkəz daxilində tədris metodları, sinxron dəyişim proqramları, beynəlxalq tədris resurslarının inteqrasiyası, sertifikatlaşdırma və xüsusi praktiki kibertəhlükəsizlik laboratoriya fəaliyyətləri aparılacaq. Mərkəz daxilində 3 fəaliyyət strukturumuz “Kibertəhlükəsizlik Akademiyası”, “Kibertəhlükəsizlik Laboratoriyası” və “CerPRO-Peşəkar Sertifikatlaşdırma Mərkəzi” fəaliyyət göstərəcək. Bizdə Vətən Naminə Media Group olaraq ölkəmiz üçün ən önəmli sahədə mübarizə aparan Kiber Təhlükəsizlik Platformasına uğurlar arzu edirik.