Əsas səhifə » İrəvandan mühüm AÇIQLAMA : Bakı ilə razılaşmağa yaxınıq

İrəvandan mühüm AÇIQLAMA : Bakı ilə razılaşmağa yaxınıq

Regional kommunikasiyanın blokadadan çıxarılması üzrə Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərindən ibarət işçi qrupu  istismarına başlanılması nəzərdə tutulan dəmir yollarının xəritəsi üzrə konsensusa yaxınlaşa bilib.

Vetennamine.az TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan parlamentdə bildirib. Onun sözlərinə görə, tərəflər magistral yol xəritəsi ilə bağlı məsləhətləşmələri hələ də davam etdirirlər.

“Avtomobil yollarına gəlincə, bu məsələ ilə bağlı hələlik konsensusumuz yoxdur. Magistral yollarla bağlı çoxlu təkliflər var, amma hələ də ümumi konsensus və ya ümumi yanaşma yoxdur. Deyə bilmərik ki, hazır yol xəritəmiz var. Dəmir yolları ilə bağlı daha yaxın yanaşmalar və fikirlər var. Orada məsələlər daha aydındır”, – deyə Qriqoryan qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir