Əsas səhifə » Vətən

Vətən

RƏSMİYYƏ SABİR

VƏTƏN

 

Təşnəyəm, suyum sənsən,

Sən udduğum havamsan.

Bütün ağrılarıma,

Dərdlərimə dəvamsan.

Vətən!

 

Uğrunda Şəhid oldu.

Neçə-neçə fidanlar.

Torpağına qarışdı,

Sinəmdən axan qanlar.

Vətən!

 

Gözlərimin yaşı var,

Küründə, Arazında.

Hər bir fəslin gözəldir,

Payızın da, yazın da.

Vətən!

 

Hüsnünə aşinadır,
Sevdalı ürəyimiz.

Bir ölüb, min dirillik,

Səni yaşadarıq biz.

Vətən!

 

Bizi ayıra bilməz,

Nə həsrət, nə də ölüm.

İstərəm Şəhid olub,

Bayrağıma bükülüm.

Vətən!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir