Əsas səhifə » VETENNAMİNE.AZ saytına KÖNÜLLÜ qatıl

VETENNAMİNE.AZ saytına KÖNÜLLÜ qatıl

“Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa  müvafiq  olaraq “vetennamine.az” saytı  fəaliyyətə başladığı ilk gündən ictimai və sosial məsuliyyəti artıran könüllülük fəaliyyəti həyata keçirir.  Könüllülük  fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyət hesab olunur. Qanuna müvafiq olaraq “vetennamine.az” saytında könüllü fəaliyyətin əsas etibarı ilə aşağıdakı istiqamətlər üzrə təşkil olunur:

  • Şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin və veteranlarının gündəlik fəaliyyətdə qarşılaşdıqları problemlərin həllinə köməkliyin göstərilməsi, saytda və Vətən Naminə TV-də işıqlandırılması;
  • Qarabağın azad olunmasında qəhrəmanlıq göstərənlərin tanıdılması;
  • Gündəmdə olan hadisələr haqqında məqalələrin və qısa video-süjetlərin hazırlanması;

Könüllülük fəaliyyətinə şəxslər 3 ay müddətinə qoşulur və müxtəlif əmək vərdişləri aşılayan təlimlərdə iştirak edir.

Mərkəzlərdə könüllü kimi 3 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə Sosial Sahibkarlığın İnkişafı və Təlim Mərkəzi tərəfindən xüsusi sertifikatlar və müsbət xasiyyətnamə veriləcəkdir ki, bu da onların növbəti iş həyatına uğurlu bir keçid fürsəti olacaqdır. “vetennamine.az” saytında təşkil olunan könüllülük fəaliyyətinə təhsil səviyyəsindən asılı olmayaraq, 16-29 yaş arası gənclər müraciət edə bilər. Jurnalistika və incəsənət sahəsində təhsil alan tələbələrə və məzunlara üstünlük verilir.

Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər üçün aşağıdakı tələblər müəyyən olunmuşdur:

Namizədlər üçün tələblər:

 

  • İntizamlılıq;
  • Xoşrəftarlılıq;
  • Ünsiyyətcillik;
  • Operativlik;
  • Kollektivdə işləmək bacarığı;
  • Təşkilatçılıq;
  • Təşəbbüskarlıq;
  • Kompüter bacarığı;

 

Müraciət üçün: [email protected]

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir