Əsas səhifə » Paşinyan Qarabağ ermənilərini Azərbaycana təhvil verir

Paşinyan Qarabağ ermənilərini Azərbaycana təhvil verir

Ermənistan silahlı qüvvələrinin birləşmələri noyabrın 16-da saat 11:00 radələrində Kəlbəcər və Laçın rayonlarının ərazisində Azərbaycan Respublikasının dövlət sərhədini pozaraq bölmələrimizin mövqelərinə hücuma keçmişlər. Bölmələrimiz düşmənin hücumunun qarşısını alaraq, düşmənə çoxlu sayda itki verərək onu geri çəkilməyə o cümlədən, düşmənin iki postunu ələ keçirərək mövqelərimizi postlarda möhkəmləndirmişlər. Döyüş zamanı düşmənin 50-dən artıq canlı qüvvəsi məhv edilmiş, 100-ə yaxın hərbçisi yaralanmış, 27 hərbi qulluqçusu əsir götürülmüş və 100-dən artıq əsgəri itkin düşmüşdür. Çox təəssüf ki, bölmələrimizində bu döyüşdə itkiləri olmuşdur və nəticədə Azərbaycanın 7 hərbi qulluqçusu şəhidlik zirvəsinə yüksəlmişdir. Allah cəmi şəhidlərimizə rəhmət eləsin.

Bəs düşmən öncədən məğlubiyyətə uğrayacağını bildiyi halda növbəti dəfə təxribata əl atmasının səbəbi nədədir?

Son zamanlar belə təxribatlar davamlı idi və araşdırmalar nəticəsində müəyyən etmək olarki bu təxribatlar məqsədyönlü şəkildə idi. Yəni, bu təxribatların əsas məqsədi ermənistan xalqını sülh sazişinə imza atılmağına hazırlamaqdır. Paşinyan erməni xalqına sübut etmək istəyir ki, ondan öncəki prezidentlərin ona saxladığı silahlı qüvvələr Azərbaycan ordusu qarşısında acizdir və ermənistan üçün ən əlverişli variant sülh sazişinə imza atmaqdır. Bu prosesləri analiz edərkən qərara gəlmək olar ki, bəli Paşinyan ermənistan xalqını və ermənistan dövlətini qorumaq məqsədi ilə bu addımı atmağa məcburdur. Ondan öncəki prezidentlərdən fərqli olaraq o, ermənistan xalqının taleyi ilə maraqlanır və ermənistanı xəyanətkar Koçaryan və Sarkisyanın komandasından xilas etmək istəyir. Paşinyan Rusiya dövlətinə müraciət edərək bildirmişdi ki, əgər siz bizi xilas etmək istəmirsizsə biz NATO-ya müraciət edək. Paşinyanın əsas məqsədi Rusiyadan qırılıb qərbə üz tutmaqdır. Yəni, onu hakimiyyətə gətirən qərb onun qarşısında belə tələb qoyub və artıq o çıxılmaz vəziyyətdədir. Rusiya onun hiyləgər siyasətini başa düşür və sözsüz ki, ermənistanı əldən vermək istəmir. Qərb və Rusiya arasında qalan Paşinyan isə ermənistanı necə xilas etmək barəsində düşünür. Və Paşinyan belə qərara gəlib ki, o dövlət sərhədində tez-tez belə təxribatlar törətməklə Azərbaycana məxsus qədim torpaqları geri qaytarsın, erməni xalqını seperatist Qarabağ ermənilərindən azad etsin və Zəngəzur dəhlizinin Azərbaycanın istifadəsinə keçməsinə imza atmaqdan ibarətdir.

Mən inanıram ki, yaxın gələcəkdə Paşinyan sülh sazişinə getdikdə o, Azərbaycana belə bir müraciətlə xahiş edəcək ki, siz öz ərazinizdə yaşayan ermənilərə yiyə çıxın onlar bizi sakit yaşamağa imkan vermirlər. Azərbaycan dövləti sözsüz ki, onun konstitusiyasını qəbul edən və 90-cı illərə qədər Azərbaycanın ərazisində yaşamış ermənilərə sahib çıxacaq və onlar Azərbaycan bayrağı altında Azərbaycan xalqına ömürlük xidmət edəcəklər. Bu təxribatlarının əsas məqsədi Qarabağ ermənilərini Azərbaycan dövlətinə təhvil vermək və Azərbaycanı seperatist ermənilərdən xilas etməkdir.

 

 

Aris Qismətoğlu-Vetennamine.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir