900 işçisi olan, lakin ofisi olmayan şirkət

Şirkətlər son illərdə artan tendensiya ilə ofis mühitini tamamilə tərk edirlər. Yəni bu işçilər üçün yaxşı xəbərdirmi?

“İstedadlar bərabər paylanır, lakin imkanlar eyni deyil,” texnologiya şirkətinin əməkdaşı Keyt Huston deyir: “Ofissiz iş mühitləri sizə istedadlara daxil olmağa və onları aktivləşdirməyə imkan verir”.

Huston, 930 işçinin hamısı Automattic adlı bir şirkətdə uzaqdan işləyir. Və bu şirkətin tək ofis adlandırılacaq sabit ünvanı yoxdur.

“Artıq heç kim ofis sözünü belə tələffüz etmir. Bu, mədəniyyətimizin bir hissəsinə çevrilib”, – Keyt Huston xəbər saylarına deyib.

İclaslar?

Huston deyir ki, onlar çox lazımlı görüşlər üçün səyahət edir və macəradan həzz alırlar.

Keyt Hustonun işəgötürəni mərkəzi ofisi olmayan azsaylı sahiblərdən biridir.

İnternetin hər keçən gün sürətlənməsi və video və mesajlaşma kimi texnoloji tətbiqlərin inkişafı ofisi olmayan şirkətlərin mövcudluğunu asanlaşdırır.

Automattic-in əməkdaşları 70 ölkəyə yayılmışdır.

Şirkət mərkəzi ofis əvəzinə işçilərinə hər il müntəzəm görüşlər üçün təyyarə bileti almağa üstünlük verir.

Şirkət işçilərinin getdikləri yerlərdə kofe və içkilər üçün də dolanışığını təmin edir. Bütün bunlara baxmayaraq, ofissiz olmaq şirkətə daha az başa gəlir.

Cate Huston ofissiz qalmalarının səbəbləri arasında texnologiya şəhərləri kimi tanınan London və San Fransisko və Nyu-Yorkda astronomik kirayələri göstərir.

Ofisdən kənarda işləyənlərin sayı bir çox səbəblərə görə artır.İngiltərədə 10 il əvvəl 884 min olan evdən işləyənlərin sayı 1,5 milyonu keçib.

Böyük Britaniyanın Exeter Universitetinin Biznesin idarə olunması departamentindən professor İlke İnceoğlu deyib: “Bu, mütləq yüksələn bir tendensiyadır. Beləliklə, xərclər azalır və bu, onu startaplar üçün cəlbedici edir.” deyir.

İşçilər tərəfdən isə İnceoğlu deyir ki, hər gün işə getməmələri bir üstünlükdür.

 

Hazırladı:

Həlimə Əliyeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.