800 minə yaxın şəxs müavinət və təqaüdlə təmin edilib

Müavinətlər üzrə 197 mln. manat, təqaüdlər üzrə 132 mln. manat ödənilib.

2022-ci ilin yanvar-mart aylarında Dövlət Sosial Müdafiə Fondu tərəfindən 800 minə yaxın şəxsə sosial müavinət və təqaüd ödənilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən Vetennamine.az-a verilən məlumata görə, onlardan 413 min nəfəri sosial müavinətlə, 365 min nəfəri Prezidentin aylıq təqaüdü ilə təmin olunub.

Müavinət ödənişləri üçün ötən ilin müvafiq dövrünə nisbətən 34% və ya 50 mln. manat çox olmaqla 197 mln. manat, təqaüd ödənişləri üçün 26% və ya 28 mln. manat çox olmaqla 132 mln. manat sərf edilib.

Son üç ildə 25 növ müavinət və təqaüdün də elektron sistem üzərindən proaktiv təyinatı sistemləri işə salınıb. 2022-ci ilin ilk rübündə 110,1 min, ümumilikdə ötən dövrdə 330,9 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.