Tədbiri məktəbin direktoru Mətanət Bayramova açıq elan edərək ilk öncə şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi və Dövlət Himni oxundu.
VETENNAMİNE.AZ xəbər verir ki, tədbirdə məktəbin müəllim kollektivi, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Cəbrayıl rayon filialının üzvləri, məktəbin məzunu olan qazi Əliyev Elgün Lətif oğlu, şəhid Mahmud Allahverdiyevin anası Fatma Allahverdiyeva iştirak edib.
Azərbaycan xalqı torpaqlarımızın azad olunması, düşmənin sülhə məcbur edilməsi, ədalətin bərpası üçün səfərbər və həmrəy olaraq Vətən müharibəsində öz tarixi qələbəsini qazandı.