8 Noyabr Zəfər Günü münasibətilə Maştağa Mədəniyyət Mərkəzində tədbir keçirilib
İdeoloji maarifləndirmə tədbirləri çərçivəsində Qarabağ Müharibəsi Əlilləri,və Veteranları və Şəhid Ailələri İctimai Birliyi Sabunçu rayon filialının təşkilatçılığı ilə və 8 Noyabr Zəfər Günü münasibətilə Maştağa Mədəniyyət Mərkəzində tədbir keçirilib.
Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
VETENNAMİNE.AZ xəbər verir ki, tədbiri giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədr müavini,Qarabağ müharibəsi veteranı və əlili Zülfüqar Cəfərov bildirib ki, Ali Baş Komandanımızın qətiyyətli mövqeyi, Azərbaycan əsgərinin rəşadəti, şücaəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində düşmənin müqaviməti qırıldı və 8 noyabr şanlı tariximizə Qələbə Günü kimi yazıldı. Qarabağın tacı, ölkəmizin ən dilbər guşələrindən biri, muğamımızın beşiyi Şuşa mənfur düşmən tapdağından qurtuldu.
Görüşdə iştirak edən Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı qeyd edib ki, Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi. Düşmənin 30 il ərzində qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi, müzəffər ordumuzun tətbiq etdiyi savaş strategiyası müasir hərb tarixinə yeni örnək oldu. Tədbirdə Şəhid ailələri,müharibə iştirakçıları,İctimai birliyin fəalları və gənclər iştirak etmişlər.
Tədbir daha sonra bədii hissə ilə davam edib və sonda xatirə şəkli çəkdirilmişdir.
This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy. I Agree