Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına bildirilib ki, stansiyalardan əldə etdiyimiz məlumatların təhlilinə əsasən gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dispers toz hissəcikləri 1.5, dəm qazı 1.4, azot-4 oksid 1.3, Sumqayıt şəhərində dispers toz hissəcikləri 1.3, azot-4 oksid 1.1 dəfə normadan yüksək müəyyən edilib.
Havada müşahidə olunan toz sinoptik şəraitlə əlaqədar transsərhəd xarakterlidir.
Dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və insan faktoru ilə əlaqədardır.
Vətən Naminə Mətbuat Xidməti